Angela Merkel adi sərnişin kimi uçmalı olub -TƏXRİBAT

0
39

Almaniya hökuməti kansler Angela Merkelin Buenos-Ayresə uçduğu təyyarədə yaranan texniki nasazlıqda kriminal izin olduğundan şübhələnib.

AnTV.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda  hakimiyyət strukturunda olan mənbə bildirib.

Bir qədər əvvəl “Airbus A340-300” hökumət təyyarəsinin texniki nasazlığa görə Köln şəhərinə məcburi eniş etdiyi və bu səbəbdən Angela Merkelin G20 sammitinin açılışına gecikəcəyi barədə məlumat yayılmışdı. Nəticədə Almaniya kansleri Buenos-Ayresə uçuşunu noyabrın 30-da səhər saatlarında İspaniyanın paytaxtından yerli aviakompaniyanın təyyarəsi ilə adi sərnişin kimi davam etdirib.

“Angela Merkel Argentinaya axşam saatlarında çatacaq, bu o deməkdir ki, kansler gün ərzində planlaşdırılan tədbirlərdə və görüşlərdə iştirak edə bilməyəcək”, – deyə Almaniya Nazirlər Kabinetindən bildiriblər.

“Die Rheinische Post” nəşrinin məlumatına əsasən, Merkel Köln şəhərində insidenti Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenlə müzakirə edib.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin