Anar Xəlilov: “Müxalifətdəki insanların səviyyə baxımdan problemləri var ”

0
28

Anar Xəlilov müxalifətdə təmsil olunan insanların səviyyə baxımdan problemlərinin olduğunu hesab edir.

Biz dəfələrlə şahidi olmuşuq ki, müxalifət adlanan qurumda təmsil olunan insanların və əksəriyyətinin səviyyə baxımdan problemləri var”.

AnTV.az xəbər verir ki, bunu kütləni informasiya vasitələrinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, çünki bu insanlar özlərini apara bilmirlər: “Cəmiyyətdə olduğu kimi bunlar hətta bir araya gəlib hansısa bir tədbir keçirərkən danışıq qabiliyyətlərindən tutmuş özünü aparmaq qaydalarına qədər adi etik qaydalara belə riayət etmirlər. İsgəndər Həmidovla Tural Abbaslı arasında yaşanan dava-dalaşda bir daha onu sübut edir ki, bu insanların səviyyə baxımından problemləri var. T.Abbaslı ilə İ. Həmidov arasında yaş fərqinin olmasına baxmayaraq bir-birinə hörmət qoymadılar. Hətta İ.Həmidov T.Abbaslını vurmağa çalışdı. İ.Həmidov həmişə kimi ki öz ampluasında çıxış edərək, ovladı yaşında olan insanı təhqir edir, onu döyməyə cəhd etdi. Bu da bir daha onların səviyyəsini göstərir ki, bu insanlar nəyin ki, siyasətçi heç adi insani hərəkətləri etmək imkanına malik deyillər. Biz bunu tək iksinin timsalında görmürük, digər müxalifət partiya adlanan qurumlarda, eləcə də kütləvi informasiya vasitələrində bir-birini təhqir etməsi, etik qaydalara sığışmayan sözlər, ifadələr işlətmələri hallarına rast gəlirik. Əsasən də bunların çoxu maliyyə vəsaiti əldə etmək məsələsində bir-birinə qarşı mübarizə aparırlar. Siyasi fəaliyyətləri dönəmində müxaliflər çoxsaylı qurumlar yaradıblar. Ancaq yaradıldıqdan az sonra həmin qurumlar dağılıblar. Həm də, bunlar heç nəyə nail olmamış çalışırlar ki, lider olsunlar. Yəni belə qaydalarla müxalifət baş bilənləri fəaliyyət göstərirlər. Artıq bunlar cəmiyyətin gülüş hədəfinə çevriliblər. Ona görə də, hesab edirəm ki, bunları siyasi fəlakət gözləyir”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin