AMİP növbədənkənar parlament seçkilərində iştirak edəcək – namizədlər açıqlandı

0
55

Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar parlament seçkilərində iştirak etməyə qərar verib.

AnTV.az xəbər verir ki, bu barədə musavat.com-a AMİP mətbuat və informasiya xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən 09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilib.

Namizədlərin bir neçə mərhələdə irəli sürülməsi qərar alınmış və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənib.

  1. Orucov Əli Məhəmməd oğlu                 9 saylı Binəqədi ikinci
  2. Mustafayev Elşən Mansur oğlu             15 saylı Yasamal birinci
  3. Bayramov Rəşad Aydın oğlu                22 saylı Nəsimi ikinci
  4. Səfərov Məmmədəli Talıb oğlu             25 saylı Nizami ikinci
  5. Əlizadə Arzuxan Baxşəli oğlu               26 saylı Sabunçu birinci
  6. Həsənov Tapdıq Həsən oğlu                 79 saylı İmişli
  7. Bayramov Elman Əkbər oğlu                81 saylı Beyləqan
  8. Hüseynli Teyyub Həşim oğlu                88 saylı Göyçay
  9. Əliyev Loğman Allahverən oğlu           90 saylı Ağdaş
  10. Xanəlizadə Bəhmən Tofiq oğlu           111 saylı Zaqatala-Balakən
  11. Həsənbəyli Süleyman Yaşar oğlu        119 saylı Ağdam kənd

Siyasi Şuranın iclasında həmçinin ABŞ Senatı tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul edilən qətnamə müzakirə olunub. AMİP Siyasi Şurası ABŞ Senatı tərəfindən qəbul olunmuş qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası olmadığını bildirərək “erməni soyqırımı” ilə bağlı qərarı qərəzli və ədalətsiz hesab etdiyini bəyan edib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin