Almazbek Atambayev qətldə ittiham edilir

0
41
Qırğızıstanın sabiq prezident Almazbek Atambayev qətldə ittiham edilir.
AnTV.az İzvestiya.ru-ya istinadən xəbər verir ki, bu barədə İstintaqa Nəzarət üzrə Baş Prokurorluğun rəhbəri Zamir Beişekeev məlumat verib.
Onun sözlərinə görə, sabiq prezidentə qarşı qətl, qətlə cəhd, üsyanın təşkili, əsir götürmə və hökumət rəsmilərinə qarşı zorakılıq ittihamları irəli sürülüb.
Qeyd edək ki, avqustun 7-də xüsusi təyinatlılar Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına gələrək onu həbs etməyə çalışıb, lakin sabiq ölkə rəhbərinin tərəfdarları ilə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma yaşanıb. A.Atambayev iğtişaş zamanı silahla atəş açdığını etiraf edib.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin