Almaniyada qaçaq işləyənlərə pul və həbs cəzası

0
31

Almaniyada qaçaq işləyənlərə pul və həbs cəzası veriləcək.

AnTV.az-ın məlumatına görə, əvvəllər qaçaq işləməyə görə pul cəzası nəzərdə tutulmuşdusa, indi buna həbs cəzası da əlavə olunub.

► Artıq belə bir fakt ölkənin Osnabrück şəhərində qeydə alınıb. Belə ki, 48 yaşındakı bir Almaniya vətəndaşı işlədiyi yerdən az maaş aldığını deyib. Ona ehtiyaclarını ödəmək üçün əlavə sosial yardım ayrılıb. Amma, daha sonra İş Agentliyinin (Arbeitsamt) araşdırması zamanı həmin şəxsin yalan məlumat verdiyi ortaya çıxıb.  Osnabrück İdarə Məhkəməsində baxılan işlə bağlı qərar 3 ay həbs və 981 avro pul cəzası olub.

Məhkəmə eyni zamanda sosial yardımın geri ödənməsi ilə bağlı da əlavə qərar verib. Şəxsin məhkəmənin qərarından şikayət etməsi ilə həbs cəzası 3 ilə təxirə salınıb.

Yusif Isayev

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin