Almaniyada avtobusun aşması nəticəsində 40 nəfər xəsarət alıb

0
7

Almaniyada avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 40 nəfər xəsarət alıb.

AnTV.az APA-a istinadən xəbər verir ki, bu barədə “Westfalen-Blatt” nəşri məlumat yayıb.

Hadisə Şimali Reyn – Vestfaliyanın federal torpaqlarında baş verib.

“İlkin məlumata görə, hadisə nəticəsində iki sürücü də daxil olmaqla, 10 nəfər ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərin xəsarətləri yüngül olub”, – yerli polisin hesabatında belə deyilir.

Qəzanın təfərrütları polis tərəfindən araşdırılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin