Almaniya öldürülən çeçen mücahidin ailəsini deportasiya etməyə hazırlaşır

0
7

Ölkə kəşfiyyatının Zəlimxan Xanqoşviliyə qarşı hazırlanan sui-qəsddən əvvəldən xəbəri olduğu iddiası irəli sürülüb

AnTV.az Musavat.com-a istinadən xəbər verir ki, ötən ay Almaniyanın paytaxtı Berlinin Moabit rayonunda öldürülən çeçen mücahidin ailəsini indi də deportasiya təhlükəsi gözləyir.

Almaniyanın “Der Spiegel” jurnalının verdiyi məlumata görə, Rusiya xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilən Zəlimxan Xanqoşvilinin xanımı Manana T. və onun 4 övladı hazırda böyük təhlükə altındadır. İşə hətta alman siyasətçiləri də qarışıb.

Manana T. vətəni Gürücüstanda belə özlərini təhlükəsiz hiss etmədiklərini bildirib. İndi onun 30 noyabra qədər qalmaq hüququ var.

Ən maraqlı iddia isə Almaniya hökumətində sui-qəsd barədə əvvəldən xəbərin olması barədədir.

Belə ki, Gürcüstan kəşfiyyatının əməkdaşı olmuş ekspertlərdən biri “Der Spiegel”ə məktub göndərərək Zəlimxan Xanqoşvili və onun ailəsi üçün yaranan situasiyanın həqiqətən ciddi olduğunu bildirib. Məktibda həmin şəxs həm Zəlimxan Xanqoşvili, həm də onun qardaşı Zurab Xanqoşvilinin ailələrinin ünvanına Rusiya xüsusi xidmət orqanlarından təhlükə siqnallarının gəldiyini yazıb. Özü də həmin yazı Xanqoşvilinin öldürülməsindən cəmi 3 gün öncə, avqustun 20-də gəlibmiş.

“Belə görünür ki, artıq ailənin özündən intiqam almaq cəhdi var,”-deyə Bundestaqın Sosial-demokrat partiyasından olan deputatı Uli Qretç bildirib.

“Azad demokratlar” partiyasnın mətbuat sözçüsü Bican Cir-Sarayın fikrincə, işə artıq AFR Xarici İşlər Nazirliyi qarışmalıdır.

“Bu hadisə daxili təhlükəsizliyimizin təmin olunması üçün olduqca pis siqnal sayılır”, – deyə Yaşıllar partiyasının deputatı, bundestaqın daxili siyasət məsələləri üzrə eskperti İren Mixaliç jurnala bildirib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin