Ali Məhkəmə partiya lideri ilə bağlı araşdırma aparır

0
18
REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə kassasiya şikayətinə baxılması martın 28-nə təyin edilib. Bu qərarı bu gün Əli Rüstəmovun sədrliyilə Azərbaycan Ali Məhkəməsinin hakim heyəti qəbul edib.
AnTV.az xəbər verir ki, iclasın başqa vaxta keçirilməsinə səbəb müdafiə tərəfinin kassasiya şikayətinə əlavələri təqdim etməsidir. Dövlət ittihamçısı Şövdət Mehralıyev zərərçəkən tərəfin əlavələri ilə tanış olmaq üçün vaxt istəyib.
Lakin vəkil Fuad Ağayev əlavələrin cüzi olduğunu diqqətə çatdırıb.
Buna baxmayaraq, hakim iclasın martın 28-nə keçirilməsi barədə qərar qəbul edib.
Müdafiə tərəfi belə uzun fasilənin verilməsini əsassız hesab edir və bunu prosesin qəsdən yubadılması kimi qiymətləndirir.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin