ALDP-dən KTMT-yə üzvülüklə bağlı sərt bəyanat – Video

0
35

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, AXH-nın Qurultaya hazırlıq və regional məsələlər müzakirə olundu.

AnTV.az xəbər verir ki, toplantıda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi qismində qəbul olunması məsələsi müzakirə olundu və bəyanat qəbul olundu.

Bəyanatda deyilir:

Rusiya Federasiyasının baş nazirinin müavini Yuri Borisov və KTMT-nin baş katibi Valeri Semerikovun bəyanatlardan aydın olur ki, Azərbaycanın bu təşkilata müşahidəçi qismində üzv olunmasına artıq heç bir problem yoxdur. Ermənistan parlamentinin deputatı Viktor Yengibaryan da “Ermənistan Azərbaycanın müşahidəçi kimi üzv olmasına mane olmamalıdır” fikirləri bunun sübütdur.

ALDP olaraq hesab edirik ki, Azərbaycan işğalçı ölkə ilə eyni hərbi təşkilatda ola bilməz. Bu keçən 25 ilin “sülh” danışıqları Dağlıq Qarabağın işğaldan azad olunması vaxtını uzatdı. ALDP hesab edir ki, Azərbaycanın bu hərbi təşkilatda istər üzv, istərsə də müşahidəçi qismində iştrakı bizim bu “sülh” adı ilə bağlanan əllərimizi, “danışıqlar yolu”nu qeyri müəyən vaxta salacaq və ümumiyyətlə, münaqişə həll olunmayn problem kimi qalacaq.

ALDP hesab edirik ki, Azərbaycan heç bir hərbi təşkilata üzv olmamalıdır. Rəsmi Bakı ATƏT-in Minsk qrupundan çıxmalıdır, Türkiyə və Pakistanla iki tərəfli hərbi müqavilələr bağlamalıdır. Azərbaycan işğal altında olan torpağlarını, eyni zamanda Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan erməniləri separatçıların əsarətindən, zülmündən azad etmək üçün anti terror əməliyyatlara başlamalıdır.

Amma bütün hallarda KTMT-yə üzv olmaq Azərbaycanın müstəqilliyini və işğal olunan torpaqlarını itirmək demək olacaq.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin