Aktrisa Pərvin əsəbləşdi: “Gəbərin, iyrənc məxluqlar…”

0
67

Aktrisa Pərvin Abiyeva çimərlik geyimində foto paylaşdığı üçün onu tənqid edənlərə  cavab verib.

AnTV.az xəbər verir ki, aktrisa bildirib ki, haqqında səsləndirilən irad və tənqidləri ciddi qəbul etmir:

“Deməli, bir az bekarçılıq oldu, girdim saytlara haqqımda yazılan rəyləri oxudum. İlahi, biz necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qara qəlbli, kinli, nifrət dolu olmağın qaynağı haradan gəlir? Əslində sizi qınamıram. Sizi böyüdüb, tərbiyə verən valideynləri qınayıram ki, ürəyinizə nifrət toxumu əkiblər. Valideynlər övladlarını insan düşməni olaraq böyütməlidir. Qoy, mən açıq geyinən olum, sizlərin gözündə nə oluramsa, oluram. Amma, fəxr edirəm ki, mən sevgidolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkmərəm, qeybətini etmərəm, babalını yumaram. Əlimdən gəldiyi qədər də ətrafıma əl tutmuşam. Qara qəlbli, kinli deyiləm. Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn mənə təsir etmir. Yenə də öz bildiyimi edəcəyəm, istədiyim kimi yaşayacağam. Amma siz, iyrənc görünürsünüz. Gəbərin, iyrənc məxluqlar”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin