Aktrisa Mehriban Xanlarova ağır qəzaya düşüb

0
30

Aktrisa Mehriban Xanlarova ağır yol qəzası keçirib.

AnTV.az ONA-a istinadən xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib. ONA-nın verdiyi xəbərə görə, yol qəzasında M.Xanlarovadan başqa dahaa iki nəfər – aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.

Hadisə nəticəsində aktrisanın ayağı sınıb

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin