Aksiyaçılar deputatların binanı tərk etməsinə imkan vermirlər – İRƏVANDA

0
24

 

Hazırda Ermənistanda  inqilabameyillik cərəyanları yenidə cərəyan edir. AnTv erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan  parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilir. Aksiyaçılar ölkədə Ermənistan  Baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz edirlər.

Belə ki,  etirazçılar parlamentə girişi bağlayıblar, deputatlar binanı tərk edə bilmirlər.

Ermənistan Respublikaçı Partiyası, Çiçəklənən Ermənistan və Erməni İnqilabçı Federasiyasının müzakirəyə çıxardığı qanun layihəsi parlamentin ölkə Baş nazirini ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur.  Ermənistanın Baş nazir Nikol Paşinyan parlamentin xüsusi sessiyasının dayandırılmasını istəyib. Paşinyan deputatlardan iclasın boykot edilməsini istəyib və bu qanun layihəsinin lehinə səs verən şəxslərin “əks-inqilabçı” olduğunu söyləyib.

O, deputatlarla danışmaq üçün parlament binasına gəlib.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin