“Ailəmə  qarşı törədilən sui-qəsd hadisəsində Elşad Abdullayevin əli var”- RAHİM NAMAZOV

0
330

Fransa  vətədaşı, əslən azərbaycanlı olan  Rahim Namazov  ləğv edilmiş ABU-nun sabiq rektoru, Elşad Abdullayev haqqında Fransanın hüquq-mühafizə  orqanlarına və  xüsusi xidmət orqanlarına şikayət eidib. AnTv.az-ın xəbərinə görə, E.Ebdullayevi dələduzluqda ittiham edən R.Namazov bu haqda EuroAsiaNew’s saytının rəhbəri Fuad Agayevə ünvanladığı müraciətdə belə deyib.

AnTv.az həmin müraciəti olduğu kimi təqdim edir:

“Hörmətli Fuad  bəy, xahiş edirəm mənim bu müraciətimi ictimaiyyətə çatdırın. Azərbaycanda minlərlə ailəyə qarşı dələduzluq etdikdən sonra Fransaya qaçan ABU-nun  keçmiş rektoru  Elşad Abdullayev özünün   çirkin məqsədlərə xidmət edən “saytında” avropaninsesi.com və sosial şəbəkədə mənim adımdan  müxtəlif şəxslərin, o cümlədən tanınmış huquq müdaficəçisi  Vidadi Isgəndərlinin ünvanına  saxta yazılar paylaşmaqla məşguldur.

Qondarma saytında ayrı-ayrı ictimai-siyasi fəal şəxsləri,  hədəf almaqla “professorlugunu” gözə soxan bu beynəlxalq dələduz məni də cinayət əməllərinə ortaq etməyə çalışįr və bunula məni həmin  şəxslərlə üz-üzə qoyur. Eyni zamanda mənim adımdan xəbərim olmadan saxta müqavilələr hazırlayıb.

Geniş ictimaiyyətə mənə ailəliklə törədilən terror hadisəsi bəllidir. Elşad Abdullayevin kirli və kriminal keçmişi ilə bagli əldə etdiyim bilgilərdən bu nəticəyə  gəlirəm ki, mənim ailəmə  qarşı törədilən sui-qəsd hadisəsində bu adamın əli var.  Ayrıntıları Fransanın hüquq-mühafizə  orqanlarına eyni zamanda xüsusi xidmət orqanlarında açıqlamışam.
Buradan bir daha bəyan edirəm ki, mənim Elşad Abdullayevlə heç bir əməkdaşlıq əlaqələrim olmayıb və ola bilməz.

 

Hörmətlə

Rahim Namazov

06.10.2018”

 

Saytın əldə etdiyi məlumata görə, ABU-nun keçmiş rektoru, beynalxalq dələduz Elşad Abdullayev Avropada da öz çirkin şantaj xarakterli əməllərindən əl çəkmək istəmir. Qeyd edək ki, beynalxalq dələduz Elşad Abdullayev 2011-ci ildə ailəlikcə Rusiya vətəndaşlıgını qəbul edib. Fransaya mühacirətə yollanarkən onlar Fransa Migrasiya təşkilatına özlərində olan Azərbaycan pasportlarını təqdim ediblər. RusiFederasiyasının   pasportlarını isə gizlədiblər.

Xatırladaq ki, bundan əlavə sosial şəbəkələr üzərindən onu-bunu “KQB” agenti adlandıran beynəlxalq dələduz Elşad Abdullayevin  Rusiya Federasisiyasının FTX ilə six əməkdaşlıq etdiyi də gələn xəbərlər arasındadır. Onun oglu Elşən Abullayevin Rusiya FTX-da çalışdıgı, bacisi oglu Arazın isə RF Dumasında işlədiyi bildirilir.

(Компания “НОУ ВПО “МУ С.Н.Г.”, дата регистрации – 15 марта 2010 года, регистратор — Управление Федеральной Налоговой Службы по МОСКОВСКОЙ области. Полное официальное наименование — НЕГОСУДАРСТВЕННОЕ ОБРАЗОВАТЕЛЬНОЕ УЧРЕЖДЕНИЕ ВЫСШЕГО ПРОФЕССИОНАЛЬНОГО ОБРАЗОВАНИЯ “МЕЖДУНАРОДНЫЙ УНИВЕРСИТЕТ С.Н.Г.”. Юридический адрес: 143025, МОСКОВСКАЯ область, ОДИНЦОВСКИЙ район, д. МАРФИНО, д. 26В. Телефоны/факсы: +7 (495597) 60-01. Основным видом деятельности является: “Высшее профессиональное образование”. Ректор — Абдуллаев Эльшад Ислам Оглы. Организационно-правовая форма — частные учреждения. Тип собственности — частная собственность.
Источник Дата Учредители
Статрегистр октябрь 2012
ГРАЖДАНИН РОССИИ
ЕГРЮЛ февраль 2012
Абдуллаев Эльшад Ислам оглы http://unfall.ru/view/nou_vpo_mu_s_n/652843)  

 

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin