Ailəli qadını yoldan çıxaran Milli Şura üzvünə sərt ittihamlar – VİDEO

0
229
Milli Şura üzvünün ailəli qadını yoldan çıxarması hüquqi məsuliyyət yaradır; Elşən Musayev: “Vidadı Mirkamal və Milli Şura da təxminən oxşar labirintə düşüb”

AnTV.az “Musavat.com”-a istinadən xəbər verir ki, Milli Şuranın üzvü Vidadi Mirkamalın evli bir qadınla intim danışıqlarının yayılması gündəmi zəbt edib. Təqaüddə olan bir generalın, hüquqşünasın, ən əsası, siyasətçinin öz ailəsinə xəyanət etməsi, özü də bunu ailəli bir qadınla etməsi sərt tənqid olunur.

Qadının ərinin şikayət ərizəsi yazması, eyni zamanda V.Mirkamaldan hamilə qalan qadının aborta məcbur qalması məsələləri daha da qəlizləşdirib.

Bu məsələ şəxsi həyat hesab olunmur, çünki söhbət ailəli bir qadını yoldan çıxarmaqdan, onu intimə cəlb etməkdən gedir. Bu səbəbdən Milli Şura üzvünün qanunla məsuliyyət daşıyıb-daşımaması məsələsi müzakirə edilir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev məsələyə bu cür şərh verdi: “Haqqında danışdığınız videodakı detal mənim üçün yalnızca siyasi aspektdə şərhə açıqdır. Çünki burada söhbət bir tək Vidadidən və ya konkret olaraq hansısa fərdin törətdiyi subyektiv əməldən getmir. Burada söhbət bir siyasətçinin, publik fiqurun həyata, cəmiyyətə olan baxışından, yanaşmasından gedir. Bir az da fikrimi açıq deyirəm. Tutaq ki, Vidadi Mirkamal Milli Şuranın mitinq tribunasında, camaat qarşısında və öz perspektiv timsallarında daha xoş və daha firavan gələcəkdən, milli-mənəvi dəyərlərin daha çox və daha dolğun qorunmasından danışmasaydı, uzun illər ərzində şəxsini az qala bəşəriyyətin ən namuslu, qeyrətli övladlarından biri kimi təqdim etməsəydi, yəqin hadisə ətrafında bu qədər rezonans da yaranmazdı. Hətta ictimailəşmiş obrazını da kənara qoyuram. Adamın 1 dəqiqəlik çıxışında, yarımca səhifəlik yazısında ən azı 35-40 dəfə əxlaq sözü, namus kəlməsi keçir. Belə olan halda insan bir də öz həndəvərinə, hərəkətlərinə, münasibət radiusuna nəzarət eləməyə, açıq buraxmamağa borclu deyilmi?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev ile ilgili görsel sonucu

Məncə, borcludur. Birmənalı şəkildə borcludur. Tərbiyəli və tərbiyəsiz həyat yaşamaq hər kəsin öz şüurlu seçimidir. Əməldə cinayət tərkibi olmayana qədər də ictimai qınaqdan, tənbehdən o yanası olmur. Yəni kimsəni qınamaq olmaz ki, sən niyə əyyaşsan, avarasan, tüfeylisən, kitab oxumursan və s. Daha dəqiqi, qınamaq olar, amma ittiham eləmək olmaz. Çünki ola bilər bəlkə də bu həyat adama xoşdur, onu bəyənir və məlum tərzlə bəxtəvər olur. Nə bilmək olar?

Sizə sadə bir misal deyim. O gün hansısa Avropa ölkəsindən bir foto-fakt və ardınca şərh paylaşmışdılar. Məğz bu idi ki, dilənçi qabını qoyur yanına və kağız üzərində belə bir müraciət yazır: ”Kimsəni aldatmayacam. Tam dürüst olacam. Alkoqolikəm. Verdiyiniz pulu da gedib içkiyə xərcləyəcəm. Çünki spirti çox sevirəm”. Bu məlum qeyddən sonra hamı gətirib ona pul verib. Adam rekord miqdarda gəlir əldə edib. Niyə? Eynən özünün söylədiyi kimi, səmimi olduğu üçün. İndi bu Milli Şuranın da üzvləri əsl kimliklərini öz ağızları və qələmləri ilə desələr, sadalasalar kimin onlarla işi olar ki? Tutaq Gültəkin kişi qızı kimi çıxıb desə ki, hə, mandat mənim üçün vacib idi, mandatsızlığı həzm edə bilməyib müxalifətə keçdim, fəaliyyətim də ideoloji-filan deyil, şəxsi məqsədə, mənfəətə köklənib, bizim danışmağa sözümüzmü qalar? Nə deyə bilərik? Ya da qeyri birisi olsun, yenə fərq eləmir. Ləyaqətsizi nə zaman ittiham edirlər? Ləyaqətdən israrla danışanda. Şərəfsiz qarşısındakını nə vaxt qıcıqlandırır, təbdən çıxarır? Şərəf dərsi keçəndə. Yalançını nə vaxt qapısından da o yana, düz çarpayısına qədər qovurlar? Doğrunun üzərinə çirkab atanda. Baxın, Vidadı Mirkamal və Milli Şura da təxminən oxşar labirintə düşüb. Saxta dillərinin və qeyri-adekvatlıqlarının ucbatından. Ayrıca, “Ələ fürsət düşüb, damğalayırlar” – söhbəti də gəzir, radikalların dilində. Onların əlinə iqtidar nümayəndəsi ilə bağlı ən xırda kompromat düşsə, hadisəni beynəlxalq manşetlərə qədər daşıyarlar, linç edərlər, intihara sürükləyərlər. Bəlkə yalan deyirəm? Videoda adı keçən epizodlardan biri də məcburi abort məsələsidir”.

Deputat məsələnin qanuni tərəfinə də toxundu: “Bu məsələnin tövsifi Cinayət Məcəlləsinin müvafiq maddəsində açıq-aydın, bənd-bənd göstərilib və məlum səbəbdən təfərrüatlara varmayacam. Bütün hallarda isə bildiyim budur. Ortada rəsmi şikayət var və hüquq-mühafizə orqanlarının da birbaşa vəzifəsi həmin şikayətdəki detalları araşdırmaq, təhqiqat aparmaq, nəticəyə varmaqdır. Üstəlik, mənim məlum hadisəyə cinayət faktı və məhkəmə predmeti kimi yanaşmamağımın, mövzuya yalnız siyasi şərh verməyimin də səbəbi odur ki, hələ gördüyümüz və eşitdiklərimizdən dolayı ehtimal yürüdürük. Yəni mümkündür, ortada bilmədiyimiz və hər kəs üçün qaranlıq qalan çox məqamlar, şübhələr var. Amma yox əgər məzmun həqiqətdirsə, deyilənlər doğrudursa, o zaman bir addım dəqiq və təcili atılmalıdır: Vidadi Mirkamal dərhal istefa verib Milli Şuranı, siyasi meydanı tərk etməlidir. Əli Kərimliyə isə tövsiyəm odur ki, arada, barı arada üzündəki saxta sentimental ifadədən imtina edib normal həyata, təbii obrazına qayıtsın, başını Sevincin studiyasından kənara çıxarsın və ətrafındakılara göz qoysun. Milli Şura nəzdində də açdığı və ərsəyə gətirdiyi ”manyaklıq kurslarından” imtina eləsin. Ən azından o kursun məzunlarına diplom, sertifikat və yüksək təyinat verməsin. Eynən təzə və xam dəcəllərə partiya bileti vermədiyi kimi”.

Elşad Musayev ile ilgili görsel sonucu

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə şəxsi həyatın bu şəkildə qabardılmasının tərəfdarı deyil: “İndi kiminsə şəxsi həyatına müdaxilə məsələləri daha çox gündəmdədir. Belə iyrənc metodları Azərbaycan siyasətinə gətirmək olmaz. Bu çox təhlükəlidir. Heç kəsin şəxsi həyatına müdaxilə etmək olmaz. İndiyə qədər ölkə siyasətində, mətbuatında və digər sahələrdə təmsil olunanlar adamlardan bu şantaj olunanlar az olmayıb. Səhəri gün hakimiyyət daxilində olanlardan videomateriallar müxalifətçilərin əlinə verilə bilər. İndi onlar da belə hərəkətlər etsinlər? Axı belə mübarizə metodu doğru deyil. Hər kəs ehtiyatlı davranmalıdır, bu başqa məsələnin söhbətidir. Amma şəxsi həyatları efirlərə, mətbuata çıxarmaq heç bir halda doğru deyil. Bu ölkədə belə getsə, ləkələnməmiş adam qalmayacaq. Vidadi Mirkamal və başqaları haqqında fərqli sözlər demək olar. Amma bu şəkildə onu gündəmə gətirmək olmaz. İqtidar-müxalifət iqtisadi çəkişmələr aparmalıdır. Deyilməlidir ki, ölkə bu cür idarə olunmalı, iqtisadiyyat bu cür qurulmalı, sosial məsələlər belə həll olunmalıdır və s. Yoxsa filankəs kiminsə ailə işinə qarışdı, nə bilim qadınla videosu yayıldı və s. mübarizə metodu ola bilməz. Söyüş üsuluna keçildi. İnternetdə doludur, Avropadakı müxalifətçilər ölkə rəhbərliyi, onun ailəsi, yüksək postlara rəhbərlik edənlər haqqında iyrənc, biabırçı söyüşlər söyürlər. Belə mübarizə üsulu ilə ölkəni qabağa apara bilmərik. Ölkəmizi inkişaf etdirmək istəyiriksə, dünyadakı inkişaf metodlarından istifadə etməliyik. Yoxsa insanların yataqlarına girməklə ölkəni irəli apara bilmərik. Hamı ictimai qınaqdan qorunmalıdır, siyasətçi də, qeyri-siyasətçi də”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin