Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək

0
29

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək.

AnTv.az-a Aİİ-dən verilən məlumata görə,  mətbuat konfransı  oktyabrın 24-də saat 11:00-da keçiriləcək.  Konfransda Aİİ-nin təsis edildiyi vaxtdan bu günədək  olan fəaliyyəti, ilk tədris ilinə hazırlığı, reallaşdırdığı layihələr və gələcək perspektivləri barədə məlumat veriləcək.

Qeyd edək ki, Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə başlayıb. İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin