Ağdaşda oğurluq edən şəxs saxlanıldı

0
19

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın anasına məxsus evdən 700 manat dəyərində ev əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

AnTV.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Ağdaş şəhər sakini 38 yaşlı Əfqan Yaqublu olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin