Ağasif Şakiroğlu “Yeni Musavat”ı təbrik etdi

0
38

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Musavat” qəzetini 30 illik yubileyi münasibətilə təbrik edib.

AnTV.az xəbər verir ki, o, bu münasibətlə sosial şəbəkə hesabında təbrik postu yazıb:

“Başda Rauf Arifoglu və Azər Ayxan olmaqla bütün “Yeni Müsavat” ailəsini səmimi qəlbdən təbrik edirəm. Müstəqil Azərbaycanımızın ilk müstəqil qazetlərindən olmaq və mövcud çətin və repressiv şəraitdə öz varlığını qoruyaraq ölkənin 1 nömrəli mediası olaraq qalmaq “Yeni Müsavat” ailəsinin və şəxsən Rauf Arifoğlunun bacarığı, peşəkarlığı sayəsində olmuşdur. Çətin və keşməkeşli bir ömür yolu keçmiş “Yeni Müsavat” qazeti müasir dövrdə tərəfsiz və qərəzsiz bir media orqanı olaraq mövcudluğunu qoruması, iqtidarlı-müxalifətli hər kəsə qapılarını açıq saxlaması və cəmiyyətə sözü, mesajı olan hər bir siyasətçiyə meydan verməsi ilə öz tərəfsizliyini göstərməkdədir.

Əziz “Yeni Müsavat”çılar #30İllikYübileyiniz mübarək!”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin