Siyasət

Ağasif Şakiroğlu: "G20-də haqq səsimizi dünyaya yenidən çatdırmaq imkanı əldə edəcəyik"

"Bu hadisə Azərbaycan ordusunun Ali Baş Komandanın siyasəti ilə yanaşı Azərbaycan ordusunun Azərbaycan igidlərinin canı, qanı bahasına qazandığı qələbə böyük rol oyanır. Qalib ordunun qalib ölkəsi"

AnTv.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu deyib. 

Ağasif Şakiroğlu: "Azərbaycan Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə toplantısına dəvət edilib.

Bu əla xəbərdir. G20-də haqq səsimizi dünyaya yenidən çatdırmaq imkanı əldə edəcəyik.

2020-nin ölkəsi Azərbaycandır!

44 günlük müharibə dövründə dünyaya yeni müharibə təcrübəsi gətirdik. Hələ də gündəmin ölkəsiyik. Dəvət edilməyimiz normaldır. Bu həm də Azərbaycanın bir dövlət olaraq yürütdüyü xarici siyasətin necə doğru olduğunun isbatı oldu...

İqtisadi gücün varsa, hərbi gücün var deməkdir!

Və ya əksinə "Hərbi gücün varsa siyasi gücün var!".

Bu hadisə Azərbaycan ordusunun Ali Baş Komandanın siyasəti ilə yanaşı Azərbaycan ordusunun Azərbaycan igidlərinin canı, qanı bahasına qazandığı qələbə böyük rol oyanır. Qalib ordunun qalib ölkəsi.

Mərhum prezident Heydər Əliyev demişkən: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar!"

Düşünürəm ki, bizim də gücümüz Milli Birliyimizdədir! Bu Milli Birliyi qorumaq hər birimizin müqəddəs borcu olmalıdır."

AnTv.az