Ağasif Şakiroğlu əfv sərəncamından danışdı: “Çalışırlar ki, humanist addıma ləkə yaxsınlar”

0
72

“Məgər biz hakimiyyətə gəlsək, kimlərləsə intriqa aparacağıq?!”

“Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamını yüksək qiymətləndirirəm. Unutmaq lazım deyil ki, əfv olunan şəxslər hansı cinayəti və ya cinayətləri törətmələrindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşlarıdırlar”.

AnTV.az xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.

A.Şakiroğlu qeyd edib ki, belə bir çətin zamanda 176 ailə sevinib.

Partiya sədri bildirib ki, bəziləri bu əfv nəticəsində azad olmuş keçmiş MTN generalları olan Akif Çovdarovun, Sübahir Qurbanovun adlarını xüsusi qabardırlar: “Çalışırlar ki, bu xoş niyyətli addıma nəsə ləkə yapışdırsınlar. Amma bu, doğru deyil. Tamam, razıyam ki, Akif Çovdarov və Sübahir Qurbanov bir sıra cinayətlər törədiblər. Amma bu, onların əfv edilmək hüququnu əlindən almır. Məgər biz hakimiyyətə gəlsək, kimlərləsə intriqa aparacağıq? Kimlərləsə qərəzlə rəftar edəcəyik? Qisasçılıq və əfv etməyi bacarmamaq kinli, daş qəlbli insanlara xas olan əlamətdir. Şəxsən mən qisasçılığın əleyhinəyəm. Bu səbəbdən də humanizmə söykənərək imzalanmış əfv sərəncamını yüksək qiymətləndirirəm və bu tip sərəncamların davamlı olmasını arzu edirəm. Yetər ki, insanlar ailələrinə, yaxınlarına qovuşsunlar…”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin