AĞ Partiya Azərbaycan Xalq Hərəkatından getdi

0
431

AĞ Partiya Azərbaycan Xalq Hərəkatını tərk edib.

AnTv.az xəbər verir ki, bu barədə qərar qurumun bu gün keçirilən İdarə Heyətinin iclasında qəbul edilib. Bununla bağlı partiya bəyanat yayıb.

Bəyanatda deyilir: “AĞ Partiyanın İdarə Heyətinin şənbə günü iclası keçirilib. İclasda partiyanın son bir həftədəki qərar və tapşırıqlarının icra vəziyyəti, görülən işlər, təşkilati məsələlər, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Cari məsələlərə baxılıb. İclasın əsas müzakirəsi partiyanın da həmtəsisçilərindən biri olduğu Azərbaycan Xalq Hərəkatındakı hazırkı vəziyyət və prespektivlər olub. Uzun və gərgin müzakirələrdən sonra Partiyanın bu birlikdəki fəaliyyətinin səmərəli olmadığı qənaətinə gəlinib. Sonra məsələ səsverməyə çıxarılıb və İdarə Heyəti üzvlərinin bir nəfər əleyhinə olmaqla, AĞ Partiyanın hərəkatı tərk etməsi barədə qərar qəbul edib. İclasın sonunda Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlanıb”.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin