“Ağ çiçəyim” yanıb kül oldu + FOTO

0
75

Qara Qarayev prospekti, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda yerləşən mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə – martın 26-da “Diqlas” ticarət mərkəzi, iyunun 23-də isə “X-Lady” mağazasında güclü yanğın olub.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin