Ağ çiçəyim” mağazası yanıb kül oldu – FOTO

Bu gün səhər saatlarında Qara Qarayev prospekti, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

AnTV.az xəbər verir ki, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib.

Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, bu səbəbdən prospektin bu hissəsində sıxlıq var.

Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə “Diqlas” və “X-Lady” mağazalarında da güclü yanğın olub.

 

AnTV.az