AFFA Mübariz Mənsimovu da hövsələdən çıxartdı! İş adamı od püskürdü: “Hesab verəcəksiniz!”

0
479

Hazırda fəaliyyətini dayandıran “Xəzər Lənkəran” klubunun sahibi, “palmali” Şirkətlər Qrupunun prezidenti gənc və ən uğurlu Azərbaycanlı iş adamı Mübariz Mənsimov AFFA rəhbərliyini sərt tənqid edib.

AnTV.az xəbər verir ki, M.Mənsimov sosial şəbəkə hesabından müraciət edərək AFFA rəhbərliyindən hesabat tələb edib:

Mübariz Mənsimov

“Futbola xərclənən külli miqdarda pullar elə həmin azarkeşin pullarıdı. Azərbaycan xalqının puludu. Ona görə də hesab verəcəksiniz! Mənasız transferlərə fantastik pullar xərcləyib, öz pulumuzla özümüzü biabır edirsiniz. Hesab verin azarkeşə! Hörmətli olun! Lütfən!”.

Gənc iş adamı həmçinin azarkeşləri tənqid edən Milli Məclisin deputatı, Boks Federasiyasının vitse- prezidenti, professor Ağacan Əbiyevin açıqlamasını və AFFA rəhbərliyini tənqid edən ilk klub rəhbəri kimi tarixə düşüb.

 

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin