Abşeronda 30 yaşlı qız intihara cəhd edib

0
11

Abşeron rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.

AnTV.az xəbər verir ki, hadisə rayonun Quşçuluq massivi adlanan ərazisində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Əsgərova Sevinc Əmircan qızı intihara cəhd edib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər saidin kəsilmiş yaraları və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

İntihara cəhdin hansı səbəbdən baş verdiyi hələki məlum deyil. 30 yaşlı xanım reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin