ABŞ Suriyadakı silah-sursat anbarını məhv etdi

0
3

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada geriçəkilmə zamanı silah-sursat anbarını məhv edib.

AnTV.az xəbər verir ki, bu barədə koalisiya sözçüsü polkovnik Miles Keqqins “Twitter” səhifəsində məlumat yayıb.

“Oktyabrın 16-da bütün personal və taktiki avadanlıqlar yola salındıqdan sonra koalisiyanın iki F-15 təyyarəsi “Lafarge” sement zavodunda döyüş-sursat anbarını məhv etmək və obyektin hərbi istifadəyə yararlılığını azaltmaq üçün əvvəlcədən planlaşdırılan uğurlu hava zərbəsi həyata keçirib”, – məlumatda vurğulanıb.

Bundan əvvəl Keqqins koalisiya qüvvələrinin çərşənbə günü Suriyanın şimal-şərqindəki Raqqa və Tabka şəhərlərini tərk etdiyini bildirib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin