ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

0
15

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

AnTV.az xəbər verir ki, “CAATSA” qanunu çərçivəsində sanksiyalar altına 18 Rusiya vətəndaşı, “FAN” xəbərlər agentliyi, “İqtisadiyyat bu gün” MMC, “Neva xəbərləri” MMC və usareally.com resursu düşüb.

Bundan əlavə, Qərbdə Skripalların zəhərlənməsində şübhəli sayılan Anatoliy Çepiqa və Aleksandr Mişkin sanksiyalar siyahısına daxil ediliblər.

 “Qara siyahıya” həmçinin Project Lakhta şirkətinin əməkdaşı Yelena Xüsəynova da düşüb.
  AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin