Gündəm

ABŞ-ın yeni dövlət katibi o olacaq – Keçmiş diplomat...

ABŞ-da keçirilən prezident seçkilərinin qalibi Co Baydenin dövlət katibi vəzifəsinə kimi təyin edəcəyi ilə bağlı iddialar ortaya atılıb.

AnTV.az  xəbər verir ki, “The Hill” qəzetinin müzakirələrdən xəbərdar olan mənbəyə istinadla yaydığı məlumata görə, Baydenin çoxdankı müttəfiqi olan veteran diplomat Toni Blinken ABŞ dövlət katibi vəzifəsini tuta bilər.

Məlumatı ölkənin 44-cü prezidenti Barak Obama administrasiyasının keçmiş məmuru təsdiqləyib.

Bu vəzifəyə digər namizədlər dövlət katibinin keçmiş birinci müavini və Rusiyadakı səfir Vilyam Börns və Obamanın milli təhlükəsizlik məsələləri üzrə eks-müşaviri Suzan Rays, həmçinin senatorlar Kris Merfi və Kris Kus idi.

Entoni (Toni) Blinken 1962-ci ildə Nyu Yorkda doğulub. O, 2015-2017-ci illərdə ABŞ dövlət katibinin müavini olub. (teleqraf.com)