ABŞ-ın sabiq prezidenti Karter yenidən xəstəxanaya yerləşdirilib

0
6

ABŞ-ın sabiq prezidenti Cimmi Karter sidik yollarının infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilib. Bu barədə Karter Mərkəzinin nümayəndələri məlumat veriblər. Açıqlamada qeyd olunub: “ABŞ-ın sabiq prezidenti Cimmi Karter sidik yollarının infeksiyasını müalicə etmək məqsədilə Corciya ştatındakı Amerikus şəhərində Fibi Samter tibb mərkəzinə qəbul edilib. O, özünü yaxşı hiss edir və evə qayıtmağını səbirsizliklə gözləyir. Karterin öz evində istirahət üçün xəstəxanadan buraxıldığı vaxt əlavə məlumat veriləcək”.

AnTV.az xəbər verir ki, Cimmi Karter ABŞ tarixində ən yaşlı sabiq Prezidentdir. Onun 95 yaşı var.

Karter iki həftə davam edən müalicədən sonra Şükranlıq Gününə bir gün qalmış Atlanta Emori Universitetinin xəstəxanasından evə buraxılmışdı. Onun kəllə beyin nahiyəsində cərrahiyyə əməliyyatı aparılmışdı. Sabiq Prezident yıxıldıqdan sonra travma alıb və subdural hematoma məruz qalıb.

Cimmi Karter 1977-1981-ci illərdə Demokratlar Partiyasından ABŞ-ın 39-cu prezidenti olub. O, daha çox Yaxın Şərq münaqişəsində vasitəçilik missiyası ilə tanınır. Belə ki, 1978-ci ildə onun sədrliyi ilə Misir Prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Begin sülh və Sinay yarımadasının Misirə verilməsinin tanınması barədə razılıq əldə ediblər. Bu razılaşma dörd Misir-İsrail müharibəsi seriyasına son qoyub. Karterə 2002-ci ildə Nobel Sülh mükafatı verilib.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin