ABŞ Dövlət Departamenti Azərbaycanda polisin işgəncə ilə “etiraf” aldığını deyir

0
13

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb.

AnTV.az xəbər verir ki, hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində ölkədə baş verən hüquq pozuntuları ətraflı təsvir edilib.

Azərbaycanda polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşdiyini qeyd olunan hesabatda polisin saxlanılan şəxslərdən zor gücünə “etiraf” aldığını yazılır. İşgəncə növləri sırasında dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi göstərilir.

Həbsxanalardakı vəziyyəti monitorinq edən qrupun bildirdiyinə görə, Azərbaycanda həbsxanalarda vəziyyət həyati təhlükə daşıyır. Belə ki, kameralar həddindən artıq dolu, istilik və ventilyasi sistemi yararsız və lazimı tibbi xidmət mövcud deyil. Buna misal olaraq AXCP-nin göz əməliyyatından məhrum edilən və daha sonra gözünə daimi zədə dəyən müşaviri Məhəmməd İbrahimi göstərmək olar.

Azərbaycan həbsxanalarında məhbus ailələri öz yaxınlarına baş çəkmək, məhbusların televizora baxmaq, ayaqyoluna gedə bilmək və kənardan ərzaq almaq üçün rüşvət verməli olurlar.

Hesabat da o da qeyd olunub ki, siyasi məhbuslara müxətlif növ məhdudiyyətlər tətbiq edilir.

Hesabatda deyilir ki, qanunlar ölkədə ifadə və mətbuat azadlığını təmin edib, mətbuatda senzuranı qadağan etsə də, hökümət bu qanunları pozur. Jurnalistlər hədələnib, bəzi hallarda isə döyülüb və ya həbs olunub. Hökümət media orqanlarını və ölkədə və xaricdə olan jurnalistlər və onların qohumlarına təzyiq göstərməkdə davam edib.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin