ABŞ-da həbsdə olan türkiyəli bankir azad edilib

0
20

Birləşmiş Ştatların İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğuna görə ABŞ-da həbsdə olan türkiyəli bankir Məhmət Hakan Atilla iyulun 19-da azad edilib.

AnTV.az Türkiyə KİV-lərinin istinadən xəbər verir ki, Türkiyənin ən böyük maliyyə qurumlarından biri olan “Halk Bank”ın sabiq direktor müavini ABŞ-dakı Miqrasiya Departamentinə gətirilib və buradan İstanbula göndəriləcək.

Hakan Atilla 2018-ci ilin mayında Nyu-Yorkun Manhetten məhkəməsinin qərarı ilə İrandan alınan neft və qazın satışından əldə edilən maliyyə vəsaitinin qanunsuz köçürülməsində təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Rəsmi Ankara bu məsələ ilə bağlı dəfələrlə Vaşinqtona müraciət edib və bildirib ki, sözügedən cinayət işi Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hakan Atilla üzərində məhkəmə prosesini Ankaraya təzyiq vasitəsi kimi qiymətləndirib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin