Abel Məhərrəmovun General qardaşı da işdən qovuldu

0
18349
Rauf Məhərrəmov

Prezident İlham Əliyevin sərəncamı ilə dünən tutduğu vəzifədən azad edilmiş Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun yaxınları və digər ailə üzvləri də vəzifələrini itirməkdədirlər.

AnTV.az hakimiyyət daxili özəl mənbələrə istinadən xəbər verir ki, bu gün Ədliyyə Naziri Fikrət Məmmədovun  imzaladığı daxili əmr ilə Ədliyyə Nazirliyinin Kadrlar Baş İdarəsi rəisi Abel Məhərrəmovun balaca qardaşı, general Rauf Məhərrəmov tutduğu vəzifəsindən azad edilib.

Diqqətə çatdıraq hazırda Məhərrəmovlar ailəsinə aid olduğu bilinən şirkətlərdə, restoranlarda, Abel Məhərrəmovun 19 ildir rəhbərlik etdiyi Bakı Dövlət Universitetində və ən ən əsası da Abel Məhərrəmovun oğlunun səfir işlədiyi Azərbaycan Respublikasının İspanya Respublikasındakı səfirliyində ciddi yoxlamalar aparılmaqdadır.

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin