Abel Məhərrəmova növbəti zərbə – ÖZƏL

0
9307
Abel Məhərrəmov

AnTV.Az hakimiyyət daxili özəl mənbələrə istinadən xəbər verir ki, bir neçə saat bundan öncə qulluq etdiyi hakimiyyətə xəyanət etməsi səbəbindən vəzifəsindən qovulmuş Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov barəsində ciddi araşdırmalara başlanılıb.

Onun BDU-ya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi vəzifə saxtakarlığı, mənimsədiyi dövlət vəsaitləri, saxta diplom satışı və digər cinayət xarakterli əməlləri barəsində artıq ciddi yoxlamalara başlanılıb. Etibarlı mənbələrdən AnTV-yə sızmış digər bir məlumata görə isə Abel Məhərrəmovun qanunsuz cinayət əməllərində iştirak etmiş oğlu, Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmovla bağlı da eyni qaydada ciddi yoxlamalar artıq başlanılıb. Anar Məhərrəmovun da yaxın günlərdə diplomatik fəaliyyətinin dayandırılaraq geri çağrılması və atası ilə bərabər istintaqa cəlb ediləcəyi söylənilənlər arasındadır. Hazırda isə Məhərrəmovlar ailəsinin bank hesabları, ölkə daxili mülkləri və ölkədən diplomat oğlu vasitəsilə çıxartdığı milyonlarla vəsait barəsində araşdırmalar aparıldığı bildirilir.

Mövzunu diqqətdə saxlayacağıq.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin