Mədəniyyət

"90-cı illərin əvvəllərində baş verənləri xatırlayın" - Aslan İsmayılovdan SƏRT SÖZLƏR

“Bəzilərinin, o cümlədən tanınmışların kin, nifrət, qərəz, vəzifə hərisliyi o qədər gözlərini tutub ki, sərhəd bölgəsində baş verənlərdə də hakimiyyəti günahlandırır, baş verənləri hakimiyyətin təxribatı adlandırıb insanları ayağa qalxıb hakimiyyəti devirməyə, belə bir məqamda hansısa demokratik seçkilər keçirməyə çağırırlar”.

AnTV.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.

“Bu gün Azərbaycan ətrafında, Ermənistanda və bölgədə baş verənləri görməmək üçün kar, kor, yaxud üzr istəyirəm ifadəyə görə, debil olmaq lazımdır. Əks halda bu, hakimiyyətə yox, Dövlətə, Vətənə, Xalqa xəyanətdir!

Vicdanınız olsun, heç olmasa 1990-cı illərin əvvəllərində baş verənləri xatırlayın, təhlil edin və dərs götürün”- Aslan İsmayılov əlavə edib.