52 faiz insan artıq onu prezident kimi görmək istəmir

0
12

ABŞ-da keçirilən sorğuda iştirak edənlərin yarısından çoxu qarşıdan gələn prezident seçkilərində hazırkı prezidentə səs verməyəcəyini bildirib.

AnTV.az xəbər verir ki, sorğunun nəticələrini “Politiko” nəşri dərc edib.

Keçirilmiş sorğuya əsasən, 52 faiz respondent səslərini başqa namizədə verəcəklərini bildirib. Sorğuda iştirak edənlərin 26 faizi Donald Trampa səs verəcəyindən şübhə etmədiyini söyləyib, 10 faiz isə Trampa səs verməyi də istisna etməyib.

ABŞ əhalisinin Trampın fəaliyyətinə münasibəti də müsbət olmayıb. 56 faiz respondent Trampın fəaliyyətinə müsbət yanaşmadığını (44 faiz Trampın qətiyyətlə əleyhinə çıxış edib), 41 faiz isə Trampı dəstəklədiyini (23 faiz Trampı qətiyyətlə dəstəkləyib) bildirib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin