3 yaşlı Zəhra tapıldı – Təfərrüat

0
14

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb.

AnTV.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi Elşad Hacızadə məlumat verib.

Zəhranın dayısı Əminağa Hüseynov News24.az-a bildirib ki, Zəhra “Neftçilər” metro stansiyası ərazisindən tapılıb.

Azyaşlının öz qohumları Nizami rayonunda yerləşən 8-ci kilometr bazarı ərazisində dilənən zaman tapıblar.

Nitqində nisbətən qüsur olan Zəhra baş verənləri hələlik izah edə bilmir.

Tibbi müayinəyə aparılan Zəhranın öz məhəllələrinə yaxın ərazidə yaşayan qaraçılar tərəfindən qaçırıldığı ehtimal edilir.

Son bir neçə gündə polis şəhərin qaraçılar yaşayan ərazilərində əməliyyat-axtarış işləri aparıb. Biləcəri, Suraxanı, “Vorovski” kimi ərazilərdə kompakt yaşayan qaraçıların evlərinə daxil olaraq, itkin düşən uşağın izlərini axtarmağa cəhd ediblər.

Polislər uşağı atasına təhvil veriblər.

Hazırda hadisənin təfərrüatı öyrənilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin