2018-ci ildə dünyasını dəyişən məşhurlar

0
179

Yola salmaqda olduğumuz 2018-ci il ölkəmizdə və dünyada bir neçə sənət adamının ömrünün son ili oldu. 

AnTV.az bununla bağlı kiçik bir araşdırma aparıb. Bu il vəfat edən sənət adamları bunlardır:

İlin ilk ayında Azərbaycanın tanınmış aşığı Vüqar Mahmudoğlu dünyasını dəyişib. Ölümündən 2 gün öncə infakt keçirən görkəmli aşıq yanvarın 10-u dünyasını dəyişib.

Xatırladaq ki, aşıq tanınmış jurnalist Anar Niftəliyevin qardaşıdır.

Vüqar Mahmudoğlu

 

Xalq artisti Fuad Poladovda bu il vəfat etmiş sənətkarlarımızdandır. Azərbaycan kino və teatr sahəsində yetərincə sözünü demiş, 50-dən çox tamaşa və filmdə müxtəlif obrazlar yaratmış tanınmış aktyor mayın 5-i dünyasını dəyişib.

Fuad Poladov

 

Azərbaycanın aşıq sənəti növbəti itkisini mayın 12-si yaşayıb. Belə ki, qaraciyər çatışmamazlığından əziyyət çəkən Aşıq Azər Xanlaroğlu 12 may 2018-ci ildə xəstəxanada vəfat edib.

 

Azər Xanlaroğlu

 

Tanınmış reper Anar Nağılbaz da bu il vəfat edib. Avqustun 4-ü tanınmış reper həyatla vidalaşıb.

Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub.

1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur.

Anar Nağılbaz

 

Sentyabr ayının 13-ü tanınmış Teatr rejissoru Ədalət Ziyadxanov dünyasını dəyişib.

Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışıb. Mədəniyyət və İncəsənət Universitetində, Sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyirdi. Ə.Ziyadxanovun Bakı Bələdiyyə teatrında səhnələşdirdiyi Aqşin Babayevin “Oğul” əsəri “Dərviş” mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır”.

Qeyd edək ki, rejissor 1946-cı ildə Bakıda anadan olub.

Ədalət Ziyadxanov

Yola saldığımız noyabr ayı da sənət adamları üçün düşərli olmayıb. Noyabrın 7-si gecə saatlarında xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

73 yaşlı tanınmış sənətkarımız A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.

Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub.

2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb .

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Amaliya Pənahova

 

Noyabrın 19-u gecə saatlarında isə tanınmış aktyor və müğənni Novruz Novruzlu dünyasını dəyişib.

Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub.

İnstitutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

Novruz Novruzlu Akademik Opera və Balet Teatrında işləyirdi. N.Novruzlu “Savalan” qrupunu yaradı və onun bədii rəhbəri idi.

Novruz Novruzlu

Yola saldığımız bu il dünya ölkələrində də bir neçə sənət adamı vəfat edib.  Oktyabr ayının 10-u dünya şöhrətli ispaniyalı opera müğənnisi 85 yaşlı Montserat Kabalye Barselonada vəfat edib.

M.Kabalye ölümündən 1 ay öncə sidik kisəsindəki nasazlığa görə xəstəxanaya yerləşdirilmişdi.

Belle Cantoda, habelə klassik italyan operalarında mahir ifaçılığı ilə məşhur olan Montserrat Kabalye 1965-ci ildə Donisettinin “Borcia” operasındakı Lukresiya rolunda xəstələnən amerikalı müğənni Marilin Hornu əvəz edərkən geniş şöhrət qazanmışdı.

 

Montserat Kabalye

ABŞ-da məşhur “Faith No More” qrupunun keçmiş vokalisti Çak Mosli (Chuck Mosley) 11 noyabrda, 57 yaşında dünyasını dəyişib.

Çak Mosli 1984-1989-cu illərdə “Faith No More” qrupunun vokalisti kimi fəaliyyət göstərib. Qrup bir neçə dəfə “Qremmi”yə nominant olub.

 

Çak Mosli (Chuck Mosley)

 

Noyabr ayının 11-i Amerikalı müğənni Roy Klark vəfat edib.

dünya şöhrətli musiqiçi 85 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb sətəlcəmin ağırlaşması olub.

Klark 1976-cı ildə SSRİ-də konsert proqramı ilə çıxış edib. O, 1983-cü ildə “Grammy” mükafatı laureatı olub.

Roy Klark

 

  Nurlan Cəfəri

  AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin