2 ayda boşanmaların sayı – STATİSTİKA

0
25
Gavel In Front Of Couple's Hand On Wooden Table

Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb.

AnTV.az bildirir ki, 2019-cu il martın 1-nə olan statistikaya əsasən, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edib.

Yanvar-fevral ayları ərzində 23 min 400 doğulan körpə qeydə alındığı, onların 53,5 faizinin oğlan, 46,5 faizinin qız olduğu bildirilir.

İki ayda ölkədə 10 min 248 ölüm halı, 8237 nikah və 2718 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün Azərbaycana 278 nəfər gələn, Azərbaycandan isə 226 nəfər gedən qeydə alıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin