Rəsul Quliyevdən Paşinyana: “Yoxa çıxmış Ermənistan dövlətinə yas saxlayacaqsınız”

0
1349

Yoxa çıxmış Ermənistan dövlətinə yas saxlayacaqsınız. Bu belə olacaq. Tarix bu prosesin belə olacağını sizə həmişə sübut edib.”

AnTV.az xəbər verir ki, eks-spiker Rəsul Quliyev bu sözləri Almaniyanın Münhen şəhərində keçirilən İlham Əliyev və Paşinyan arasında keçirilən görüşü şərh edərkən bildirib.

R.Quliyev Nikol Paşinyanın səsləndirdiyi iddialara sərt cavab verib:

“Paşinyanın “Dağlıq Qarabağ”-la əlaqədar söylədikləri haqqında:

İlk növbədə Paşinyanın İkinci Tiqran-nin vaxtında Qafqazda Azərbaycan adlı dövlət yox idi fikirini nadanlığın zirvəsi adlandırmaq olar. Bu gün 1.5 milyard, 200, 250 milyon əhaliləri olan Hindistan, Pakistan, Banqaladeş kimi dünya əhalisinin 30 %-nin yaşadığı ölkələrin 2000-il öncə yox heç 500 il bundan öncə adları yox idi, bu məgər bu insanların ad alana qədər orada yaşamadığına dəlalət edir. Bu səviyyədə nadanlıq ola bilərmi. Bu günkü dünyanın hegemonu ABŞ adı 1776-cı ilə qədər mövcud deyildi və ya bütün Latın Amerika ölkələrinin indiki adları 19-20 əsrlərdə yaranıb bu elementar tarixi bilmirsinizsə cənab Paşinyan susmanız daha yaxşı olardı. Ermənistan adlandırdığınız dövlət istər İkinci Tiqranın , istərsədə başqa oyuncaq şahlarınızla ya İranın indiki adı, ( və ya əvvəlki Əhmədinlər, Midiyalılar, Perslər, Sasanitlər və sair) ya Makedonskinin ya da Roma imperiyasının tərkibində hərdəndə hər iki imperiyanın tərkibində bölünərək əyalət şəkilində olub. İran imperiyasının tərkibində 50-dən çox əyalət var idi, onlardan birinin də adı Ermənistan idi. Açın tarixi oxuyun və nəhayət ağlınızı başınıza toplayıb düşünün nə üçün dediyiniz kimi 2500 il bundan öncə mövcud olmuş Ermənistan dövləti inkişaf etməyib, bu gün dünya üzrə maksimum 5 milyon erməni yaşayır. Yaxın tarixinizə baxın 1991-ci ildə müstəqillik alan 2.5 milyon əhalisi olan Ermənistanın bu gün 1.5 maksimum 1.8 milyon əhalisi qalıb. 1991-ci ildə 7 milyon əhalisi olan Azərbaycanda bu gün 10 milyon azərbaycanlı yaşayır.

Ümumiyyətlə ermənilərdən fərqli olaraq dünyada 5 milyon yox 40 milyona yaxın (türklərdən söhbət getmir, onlar nəzərə alınsa 350 milyona yaxın bir rəqəm ortaya çıxacaq) azərbaycanlı yaşayır.

Bir məsələdə mən sizinlə razıyam. Dağlıq Qarabağ əhalisi ilə danışmaq lazımdır. Azərbaycanın ərazi bütövlüyü şərti ilə nə istədiklərini öyrənmək lazımdır. Belə bir danışıqların aparılmasında “Bişkek protokolu”-da nəzərdə tutulmuş hər iki icma üzvüləri erməni və Azərbaycan icmalarını üzvüləri DQ tərəfindən bu daqnışıqlarda iştirak etməlidirlər. Azərbaycan tərəfi “Bişkek protokolu”-na bu şərt daxilində düzgün edib imza atıb, bir daha Azərbaycanın məsələni yerli əhali ilə müzakirə etməyə hazır olduğunu göstərib. Sizin Qarabağ bizimdir,burada heç vaxt azərbaycanlılar yaşamayıb kimi sayaqlamalarınız, işğal edilmiş torpaqlarda ağalıq etməniz bu günkü eskalasiyaya gətirib çıxardıb. Utanmadan Stalin Qarabağı Azərbaycana verib kimi yalanlar dövlət başçısına yaraşmaz. DQ referendum yolu ilə Azərbaycana daxil edilibdir. 50 min erməni, 30 min azərbaycanlı yaşayan DQ bizimdir deməklə siz Ermənistanıda itirəcəksiniz . Tarix sizə dərs verə bilmir, çünki bütün siyasətinizi millətçilik və fövqəladə xalq isteriyası üzərində qurmusunuz. Dediyiniz İkinci Tiqrandan bu günə qədər hər şeyinizi itirmisiniz və apardığınız bu siyasətlə yaxın 10 illərdə İkinci Tiqran nağılınızı ayrı ayrı ölkələrdə kiçik qruplarla alovlu çıxışlarlınızla yada salacaqsınız. Yoxa çıxmış Ermənistan dövlətinə yas saxlayacaqsınız. Bu belə olacaq. Tarix bu prosesin belə olacağını sizə həmişə sübut edib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin