110 şəhid qulluqçu ailəsinə ödəmə olunacaq – RƏSMİ

0
14

Daha 110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmə olunacaq.

AnTV.az-ın xəbərinə görə, bu haqda  məlumatı  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yayıb.  Məlumatda bildirilib ki, bu haqda  nazirlikdə  fəaliyyət göstərən komissiya belə qərar qəbul edib.

Komissiyanın noyabrın 2-də keçirilmiş iclasında isə 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə ödəmələrin verilməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, prezident İlham Əliyev 2018-ci il aprelin 19-da  şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 000 AZN) verilməsi ilə bağlı Fərman imzalayıb.
Lakin şəhidlik statusu alan şəxslərin yaxınları fərmanın icra olunmadığını, hərbi qulluqçı ailələrinə müavinətin ödənilmədiyini deyirlər. Onlar müvafiq qurumların önündə aksiya keçirməklə etirazlarını  bildiriblər.

Xatırladaq ki, məsələ Milli Məclisin güplenar iclasında da müzakirəyə çıxarılıb. Hətta deputatlar işdən çıxarılmış məmurların əmlaklarının satılıb şəhid ailələrinə verilməsini təklif  ediblər.

Gülnaz Qənbərli

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin