Əli Kərimli noyabrın 19-da məhkəməyə çıxarılacaq

0
83

“Mən Bakı Baş Polis İdarəsi ilə əlaqə saxladım, dedilər ki, Əli Kərimli haqda heç bir narahatlığa əsas yoxdur, yemək verilib, bazar ertəsi, noyabrın 19-da məhkəmə qarşısına çıxarılacaq”.
AnTV.az-ın xəbərinə görə, bu haqda AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib. Onun sözlərinə görə, vəkil Fuad Ağayevin orderi olmadığından polis ona Əli Kərimliylə görüşə icazə verilməyib: “Ancaq digər vəkil Elçin Sadıqov AXCP sədri ilə görüşmək üçün cəhd etsə də, icazə verməyiblər, halbuki, onun orderi var idi”.
Gülnaz Qənbərli
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin